USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Burc Xəlifə" Rusiya bayrağının rənginə boyanıb

13.06.2023 Siyasət
7 19
Dubayda dünyanın ən hündür göydələni “Burc Xəlifə” Rusiya bayrağının rəngləri ilə işıqlandırılıb və Rusiya himni səsləndirilməyə başlayıb.

Kommersant.az xəbər verir ki, bundan əlavə, bayram şərəfinə Əbu-Dabi Milli Neft Şirkətinin binasının işıqlandırması ağ, mavi və qırmızı rənglərə çevrilib.

Qüllə administrasiyası sosial şəbəkələrdə yazıb ki, bu aksiya Rusiya Gününə həsr olunub.