USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bayden "əsrin cinayəti" ilə ittiham olunur

13.06.2023 Siyasət
14 5
Konqresmen Ronni Cekson (R-Texas) bildirib ki, Federal Təhqiqatlar Bürosu ABŞ prezidenti Co Baydenin Ukraynanın enerji şirkəti Burisma Holdingsdən rüşvət almaqda iştirakı ilə bağlı əlində olan sübutları dərhal dərc etməlidir.

Kommersant.az xəbər verir ki, o, Twitter səhifəsində "Bu, əsrin cinayətidir. Bayden Oval Ofisi zəbt etmiş ən böyük cinayətkardır", - deyə yazıb.

Daha əvvəl senator Çak Qrassli FTB-yə istinadla bildirmişdi ki, Burismanın direktorunun əlində Co Bayden və Hunter Baydenlə söhbətlərinin 17 səs yazısı var.

Amerika mediası Hunter Baydenin noutbukundan yazışmaların hissələrini dəfələrlə dərc edib. Bundan belə nəticə çıxırdı ki, o, 2014-cü ilin may ayından idarə heyətinin üzvü olduğu Ukraynanın “Burisma Holdings” enerji şirkətinin nümayəndəsi ilə o vaxt ABŞ-ın vitse-prezidenti olan atası ilə görüş təşkil edə bilər.