USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Qarabağı hələ də "işğaldan azad edə bilməyib"

14.06.2023 Siyasət
13 0
“Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi” (qısaca – RİNN) Azərbaycanın 44 günlük müharibə nəticəsində geri aldığı Qarabağı hələ də “işğaldan azad edə bilmir".

Kommersant.az xəbər verir ki, dövlət qurumları daxil olmaqla Azərbaycanda fəaliyyət göstərən özəl şirkətlərin rəsmi saytlarında “google” şirkətinin xəritəsindən istifadə olunur. Bu şirkət isə Qarabağ bölgəsini münaqişə zonası kimi tanıdığından sözügedən ərazini Azərbaycan dili ilə yanaşı erməni dilində də təqdim edir. Buna son qoymaq isə birbaşa RİNN-in öhdəliyinə düşür. Buna görə sözügedən şirkətə məktublar ünvanlamaq və onlara bu səhvi düəltmələri üçün təzyiq göstərmək də olar. Ən pis halda isə beynəlxalq arenada məhkəmə müstəvisində bu biyabırçılığa son qoymaq lazımdır.

Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə “Hökumət saatı” zamanı çıxışında bildirmişdi ki, “Ermənistan Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyıb”. RİNN hətta bu sözlərə də istinad edərək “google” şirkətinə məktub ünvanlaya bilər. Amma bu məktubu ünvanlamaq və ya bu məsələni gündəmə gətirmək RİNN-in yadına belə düşməyib. Güman edirik ki, Rəşad Nəbiyev bu utancın altından üzü ağ çıxaraq nazirlik tərəfindən lazımi addımların atılması üçün tapşırıqlar verəcək.