USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Prezidentin korteji ilə qəza

16.06.2023 Siyasət
13 11
Qırğızıstan Prezidenti Sadır Japarovun kortejinin iştirakı ilə ölümlə nəticələnən qəza törətməkdə təqsirləndirilən Daxili İşlər Nazirliyinin təqaüdçüsü mühakimə olunub.

Konkret.az yerli KİV-ə istinadən xəbər verir ki, Bişkekin Pervomayski Rayon Məhkəməsi həmin şəxsi 3 il müddətinə azadlıqdan məhrum edib.

Eyni zamanda, məhkəmə Konokbay Çınjırbayevin barəsində seçilmiş həbs-qətimkan tədbirinin hökm qanuni qüvvəyə mindikdən sonra dəyişdirilməsi barədə də qərar qəbul edib.

Xatırladaq ki, 2021-ci il iyunun 3-də Prezident Sadır Japarov İssık-Kul vilayətində olarkən onun avtomobil karvanı qəzaya uğrayıb. Hadisə nəticəsində beş nəfər yaralanıb, bir nəfər isə ölüb. Ölən şəxs dövlət başçısının şəxsi həkimi olub.

Şübhəlinin oğlu iddia edir ki, atası qəza zamanı ayıq olub.