USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Sumqayıtda daha bir şübhəli tender - 5 manatlıq şirkətlə 300 minlik müqavilə

16.06.2023 Siyasət
13 3
Sumqayıt Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi Yaşıllaşdırma İdarəsi yaşıllıqların salınması işlərinin satın alınması ilə bağlı tenderə yekun vurub.

Kommesant.az xəbər verir ki, tenderin qalibi "Eko-Terminal" MMC olub.

Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 286.032 AZN olub.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında "Eko-Terminal" MMC-nin 10.03.2015 qeydiyyata alındığı göstərilir.

Şirkətin nizamnamə kapitalı 5 AZN-dir. Hüquqi ünvanı Qəbələ rayonu Qəbələ şəh, Heydər Əliyev pr, ev 117-də MMC-nin qanuni təmsilçisi Xaqani Haqverdi oğlu Əhmədov göstərilib.

Şirkət haqqında açıq mənbələrdə əlavə heç bir məlumata rast gəlinməyib. Dövlət Satınalmalarının Vahid Elektron Portalına nəzər salsaq görərik ki, şirkət bir tendering qalibi olub, lakin Sumqayıt Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi Yaşıllaşdırma İdarəsi 2023-cü ildə yaşıllıqların salınması işlərinin satın alınması üzrə maliyyə dəyəri 1.441.842 manat olan 5 tender elan edib.

Həmin tenderlərin ikisini eyni şirkətə verib.

Onu da qeyd edək ki, Sumqayıt Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi Yaşıllaşdırma İdarəsi əvvəllər də bu cür şübhəli tender müsabiqələri keçirib.

Bu idarə Sumqayıt Şəhər İcra Hakimiyyətinə tabeli qurumdur. Mediada yer alan məlumatlara görə, Sumqayıt MKTİB-in rəhbəri Nüseyn Həsənov Zakir Fərəcovun yaxın qohumudur. Yaşıllaşdırma idarəsinin rəisi İlyas Həsənov Məcburi Köçkünlər və Qaçqınlarla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Əli Həsənovun qardaşı İlyas Həsənovdur.