Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə ikinci departamentinin direktoru Aleksey Polişçuk bildirib ki, Belarus ərazisində Rusiya nüvə silahlarının mövcudluğu zamanla məhdudlaşmır.
Kommersant.az xəbər verir ki, diplomatın fikrincə, bu cür silahların Rusiyaya hipotetik qaytarılmasının əsas şərtləri ABŞ və NATO-nun Rusiya və Belarusun təhlükəsizliyinə və suverenliyinə xələl gətirməkdən imtina etməsi, Amerikanın bütün nüvə silahlarının ABŞ-a tam çıxarılması ola bilər.
Qeyd edək ki, Rusiya prezidenti martın 25-də taktiki nüvə silahlarının Belarusa təhvil verildiyini açıqlayıb. O da məlumdur ki, Moskva Minskə xüsusi döyüş başlığı ilə raket atmağa qadir olan “İskəndər” əməliyyat-taktiki komplekslərini verib.