USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Rusiyadan Ukraynaya güclü raket və PUA hücumu

20.06.2023 Siyasət
35 17
Ukrayna Rusiyanın ölkə daxilində intensiv raket və PUA hücumları həyata keçirdiyini açıqlayıb.

Kommersant.az xəbər verir ki, Ukrayna Baş Qərargahı Rusiya ordusunun Ukrayna ərazisində intensiv raket və pilotsuz uçuş aparatı (PUA) hücumları həyata keçirdiyini bildirib.

Açıqlamada, Rusiya qüvvələrinin son 24 saat ərzində Ukrayna əsgərlərinin mövqelərinə və yaşayış məntəqələrinə 45 hava hücumu təşkil etdiyi, tank əleyhinə raket sistemlərindən 70-ə yaxın atəş açdığı və mülki vətəndaşların yaralandığı qeyd edilib.

Açıqlamada rusların Liman, Bəhmut, Avdiyivka və Marinka istiqamətlərində əsas səylərini intensivləşdirməyə davam etdiyi, son sutka ərzində sözügedən istiqamətlərdə 45 toqquşmanın yaşandığı bildirilib.

Açıqlamada, Ukrayna Hərbi Hava Qüvvələrinin son 24 saat ərzində rus əsgərlərinin cəmləşdiyi əraziləri 15 dəfə bombaladığı, Ukrayna raket və artilleriya birləşmələrinin də rusların 3 komanda mərkəzini, 10 əsgər və texnika toplamasını məhv etdiyi vurğulanıb.