USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Suriya üzrə 20-ci Astana danışıqları başlayıb

20.06.2023 Siyasət
39 14
Türkiyə, Rusiya, İran və Suriya nümayəndə heyətləri 20-ci dəfə Astanada bir araya gəlib.

Suriya böhranının həlli üçün Türkiyə, Rusiya və İran arasında qurulan Astana danışıqlarının qarantları Qazaxıstanın paytaxtında 20-ci dəfə bir araya gəlib.

Danışıqlar saat 07:00-da Astanada mehmanxanada qarant ölkələr arasında ikitərəfli texniki görüşlərlə başlayıb.

Türkiyə nümayəndə heyəti Qazaxıstanın paytaxtında keçirilən sayca 20-ci görüş çərçivəsində ilk görüşünü İran nümayəndə heyəti ilə keçirib.

Türkiyəni xarici işlər nazirinin müavini Burak Akçaparın rəhbərlik etdiyi nümayəndə heyəti, Rusiyadan xarici işlər nazirinin müavini Mixail Boqdanov və İrandan isə xarici işlər nazirinin siyasi məsələlər üzrə müşaviri Əli Əsgər Hacının rəhbərlik etdiyi nümayəndə heyətləri təmsil edir.

İclaslarda Dəməşq administrasiyası xarici işlər nazirinin müavini Ayman Susanın, müxalifətdən isə Əhməd Tumanın rəhbərlik etdiyi nümayəndə heyətləri iştirak edir.

BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Geir O. Pedersenin iştirak etdiyi görüşlərdə müşahidəçi statusuna malik İordaniya, İraq və Livan nümayəndə heyətləri də var.

İki gün davam edəcək görüşlərdə tərəflər Suriya ətrafında regional vəziyyətin dəyişməsini və bu sahədə son hadisələri müzakirə edilir.