USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Lukaşenko ABŞ-ı Avropanın suverenliyindən məhrum etməkdə ittiham edib

20.06.2023 Siyasət
21 42
Belarus prezidenti Aleksandr Lukaşenko Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin xarici işlər nazirləri ilə görüşündə deyib ki, ABŞ Avropanı parçalayıb və onu suverenliyindən məhrum edib.

Kommersant.az xəbər verir ki, Belarus prezidenti açıqlamasında “Amerikalılar Avropanı parçaladılar və indi biz onu dayandırmalıyıq. Onlar isə avropalılar sizi, o cümlədən məni qınayırlar ki, biz burada suverenliyi itiririk və s. Onu çoxdan itirmisən. Onların Rusiyadan ucuz enerji mənbələrindən əl çəkib 3-5 dəfə baha almalarını necə qiymətləndirmək və necə əlaqələndirmək olar? Bu nədir?" - deyə bildirib.

O, əmindir ki, Avropa ölkələrinin “yıxılmasına” çox az vaxt qalıb.