Ukraynadakı münaqişə fonunda Kreml Almaniyada Rusiyanın Xarici Kəşfiyyat Xidmətinin (SVR) fəaliyyətini gücləndirib.
Kommersant.az xəbər verir ki, bu barədə Almaniya Konstitusiyasının Müdafiəsi üzrə Federal Bürosunun hesabatında deyilir.
Xüsusilə, Almaniya əks-kəşfiyyatı qeyd edib ki, Ukrayna böhranının başlaması və bəzi rus diplomatlarının “persona non qrata” elan edilməsi ilə Moskva Federal Respublika ərazisində qeyri-qanuni olaraq qalan və işləyən qeyri-qanuni kəşfiyyatçıların rolunu gücləndirib.