Bu gün Türkiyə-ABŞ Strateji Mexanizm məsləhətləşmə toplantısı keçiriləcək.
Xarici İşlər Nazirliyi Türkiyə-ABŞ Strateji Mexanizmi çərçivəsində məsləhətləşmə toplantısının bu gün Vaşinqtonda keçiriləcəyini açıqlayıb.
Nazirlikdən verilən açıqlamada qeyd olunub ki, xarici işlər nazirinin müavini səfir Burak Akçaparın rəhbərlik etdiyi qurumlararası nümayəndə heyəti ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müşaviri Viktoriya Nuland və ABŞ-ın yüksək səviyyəli rəsmiləri ilə məsləhətləşmələr aparacaq.
“Məsləhətləşmələrdə ikitərəfli münasibətlərlə yanaşı, regional problemlər və beynəlxalq hadisələrin də müzakirə ediləcəyi nəzərdə tutulur”, - deyə məlumatda bildirilir.