Türkiyə, Rusiya və İranı Suriya mövzusunda bir araya gətirən Astana prosesi 8-ci ilində çıxmaza girmiş kimi görünür.
Kommersant.az xəbər verir ki, Astana prosesinə ev sahibliyi edən Qazaxıstan son vaxtlar maraqlı çıxışlar edir. Qazaxıstan prezidenti Tokayevin Rusiya ilə yollarını ayırmağa çalışdığına dair işarələr var. Bu əlamətlərdən ən bariz olanı Tokayevin bu il “Rusiyanın Davos görüşləri” adlanan Sankt-Peterburq İqtisadi Forumuna qatılmaması olub. Qazaxıstanın Ukrayna müharibəsində Rusiya lideri Putinin xəttindən kənarda qalması da diqqət çəkir.
Nəhayət, kazaklar Rusiyanın təşəbbüsü ilə başlayan Astana görüşlərinə ev sahibliyi etməkdən əl çəkməyə meyl göstərməyə başlayıb.
Qazaxıstanın xarici işlər nazirinin müavini keçən həftə Astanada keçirilən İran-Suriya-Türkiyə görüşü zamanı deyib:
"Suriyanın tədricən təcrid vəziyyətindən çıxması Astana prosesinin üzərinə düşən vəzifəni başa vurmasının əlamətidir. Biz görüşün rəsmi olaraq yekun elan edilməsini təklif edirik" dedi.
Rusiyanın buna reaksiyası isə xarici işlər naziri Lavrovdan gəlib. Lavrov diplomatik olmayan bir dillə “Astana baş tutmasa, başqa yer tapacağıq” mesajını verəndə kazaklar yelkənləri endirdi. Bu dəfə Qazaxıstanın xarici işlər naziri görüşlərə ev sahibliyi etməkdən çox məmnun olduqlarını söyləməli oldu.