Rusiya administrasiyasına qarşı üsyan edən “Vaqner”in qurucusu Priqojin “Heç bir Vaqner döyüşçüsü dövlət başçısının və ya FSB-nin tələbi ilə özünü günahkar hesab edib təslim olmaq niyyətində deyil” bəyanatını verdi.
Kommersant.az xəbər verir ki, Priqojin, "prezident (Putin) “vətənə xəyanət” mövzusunda tamamilə yanılır. Biz vətənpərvərlərik. Mübarizə apardıq və döyüşürük” dedi.
Xatırladaq ki, Putin çıxışında "Bu gün satqınlarla qarşı-qarşıyayıq. Vaqnerin içindəki satqınlar silahlı üsyana başladılar. Bu qiyamın ölkəmizə heç bir faydası olmayacaq. Xainlər ən ağır şəkildə cəzalandırılacaq" sözləri işlədib.
Vaqner qrupunun Rusiya hakimiyyətinə üsyanı
Priqojin rus ordusunu Vaqnerə hücum etməkdə günahlandırdı və qisas alacağı ilə hədələdi. Bu vəziyyətlə əlaqədar Federal Təhlükəsizlik Xidməti (FSB) “silahlı iğtişaş” maddəsi ilə cinayət işi açıb.
Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamada Vaqnerin düşərgələrinə hücum edildiyinə dair iddialar təkzib edilib.
Bu səhər verdiyi açıqlamada nazirlik bütün Vaqner döyüşçülərini "sayıq olmağa" və hüquq-mühafizə orqanları ilə əlaqə saxlamağa çağırıb.