USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

ABŞ hakimiyyətindən Rusiya şərhi

25.06.2023 Siyasət
16 12
ABŞ hakimiyyəti Rusiyadakı vəziyyət fonunda Aİ-dəki həmkarlarıyla müzakirələr aparıb.

Kommersant.az xəbər verir ki, bu barədə ABŞ administrasiyasındakı mənbələrə istinadən “Politico” qəzeti yazıb.

Belə ki, ABŞ prezidenti Co Bayden, dövlət katibi Entoni Blinken, müdafiə naziri Lloyd Ostin və ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Mark Milli avropalı həmkarları ilə söhbət edib. Rəsminin sözlərinə görə, söhbətlərin məqsədi həm də neytrallığın qorunmasının zəruriliyini təsdiqləmək olub.

Eyni zamanda, ABŞ və Aİ nümayəndələri razılaşıblar ki, hazırda Ukraynanın “hücum üçün görünməmiş fürsəti” var. ABŞ administrasiyası Rusiyada baş verənlərin Ukrayna münaqişəsi üçün potensial təsirlərini də qiymətləndirməyə cəhd edib. Eyni zamanda, Vaşinqton baş verənlərlə bağlı hələ rəsmi qiymət hazırlamayıb: rəsmilər yekun nəticə çıxarmaq üçün hələ tez olduğu barədə xəbərdarlıq ediblər.