USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

ABŞ İsraillə elmi-texniki əməkdaşlığı dayandırıb

25.06.2023 Siyasət
3 0
ABŞ İsraillə “Yaşıl Xətt”dən kənar ərazilərdə elmi və texnoloji əməkdaşlığı dayandırmaq qərarına gəldiyini bildirib.

Kommersant.az xəbər verir ki, ABŞ administrasiyası 1948-ci il sərhədlərini qeyd edən “Yaşıl Xətt”dən kənarda İsraillə elmi-texniki əməkdaşlığın dayandırılması barədə göstəriş verib.

İsrail İctimai Yayım Təşkilatı KAN-ın xəbərinə görə, Co Bayden rəhbərliyi 1948 Ərəb-İsrail razılaşmasından sonra elan edilən atəşkəsə uyğun olaraq təyin olunan sərhəd xətti "Yaşıl Xətt" istisna olmaqla, İsraillə elmi və texnoloji əməkdaşlığı dayandırmağa qərar verib.

Bu qərara uyğun olaraq, İordan çayının qərb sahili və Qüdsün işğal edildiyi 1967-ci ildən əvvəlki sərhədlər, yəni İordan çayının qərb sahili, Şərqi Qüds və Colan təpələri istisna olmaqla, iki ölkə arasında belə bir əməkdaşlıq olmayacaq.

Qərarın İsrailə və İsrail Parlamenti Knessetinə çatdırıldığı qeyd edilib.

ABŞ-ın keçmiş prezidenti Donald Tramp vəzifədə olarkən ölkəsinin 2017-2021-ci illərdə Qüds və Qolan təpələri üzərində İsrailin suverenliyini rəsmən tanıdığını bəyan edib.

Bəzi Avropa İttifaqı ölkələri 1967-ci ildə işğal olunmuş torpaqlarda İsrail tərəfindən salınan qeyri-qanuni yaşayış məskənlərində istehsal olunan məhsulların idxalına qadağa qoyub.

Norveç hökuməti 2022-ci ilin iyununda elan etdi ki, İsrail etiketi İordan çayının qərb sahilində və Suriyanın Qolan təpələrindəki yaşayış məntəqələrində istehsal olunan mallarda istifadə oluna bilməz.