USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycan və Ermənsitan xarici işlər nazirinin görüş tarixi - BƏLLİ OLDU

26.06.2023 Siyasət
5 0
ABŞ-da Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Arorat Mirzoyan arasında görüş sabah baş tutacaq.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Ayxan Hacızadə bildirib.

XİN sözçüsü qeyd edib ki, görüşün bir neçə gün davam edəcəyi ehtimal edilir.

Xatırladaq ki, 26 iyun 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ABŞ dövlət katibi Antoni Blinkenin dəvəti əsasında Amerika Birləşmiş Ştatlarına işgüzar səfərə yola düşüb. Səfər çərçivəsində dövlət katibi A.Blinken ilə ikitərəfli görüşün, eləcə də Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında “Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında ikitərəfli Saziş” layihəsi üzrə danışıqların növbəti raundunun keçirilməsi nəzərdə tutulub.