Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev dünyada qarşıdurmanın həlli imkanlarını şərh edib.
Kommersant.az xəbər verir ki, Medvedev müsahibəsində dünya münaqişəsini üçüncü dünya müharibəsi yolu ilə həll etməyin mümkünlüyünü bildirib. O, həmçinin nüvə apokalipsisini mümkün ehtimal adlandırıb. Onun fikrincə, nüvənin istifadə olunacağı dünya qalib sayıla bilməz:
“Bunu həll etməyin yollarından biri də üçüncü dünya müharibəsidir. Ancaq bu, mənfi nəticələri olan addımdır. Çünki qaliblərə digər müharibələrdə olduğu kimi firavanlıq təminatı yoxdur".
Xatırladaq ki, Medvedevin fikrincə, Kiyevin hərbi potensialının gücləndirilməsinə yönəlmiş bütün hərəkətlər hərbi münaqişənin uzanmasına gətirib çıxaracaq.