Makron nazirləri Fransada nizam-intizam üçün mümkün olan hər şeyi etməyə çağırıb.
Fransa prezidenti Emmanuel Makron ölkədəki iğtişaşlar fonunda Yelisey sarayında baş nazir Elizabet Born, daxili işlər və ədliyyə nazirləri ilə görüş keçirib. Bu barədə BFM telekanalı məlumat yayıb.
Görüş zamanı Makron nazirləri Fransada asayişi bərpa etmək və sakitliyə qayıtmaq üçün mümkün olan hər şeyi etməyə çağırıb. Adları açıqlanmayan dialoq iştirakçıları bildiriblər ki, prezident həmçinin hökuməti polisə, jandarmaya, magistraturaya, yanğınsöndürənlərə və bələdiyyə sədrlərinə dəstək verməyə çağırıb. Makron vurğulayıb ki, onlar son beş gündə “gecə-gündüz” səfərbər olublar.
Qeyd edək ki, Fransada irimiqyaslı etirazlar və qırğınlar iyunun 27-də polisin 17 yaşlı gənci həbs edərkən öldürməsindən sonra başlayıb.