Rusiya lideri Putinə qarşı üsyan bayrağı qaldıran Vaqner yarımhərbi qruplaşmasının hər bir üzvünə 60 min dollar təzminat ödənildiyi açıqlanıb. İndiyədək 20 min əsgəri həlak olan Vaqnerin Rusiya iqtisadiyyatına 1,2 milyard dollar zərər vurduğu iddia edilir.
Moskvanın silahı yerə qoyan vaqneristlərə toxunmayacağını bildirməsindən və Vaqnerin lideri Yevgeni Priqojinin Belarusa sığınmasından sonra sular sakitləşsə də, qrupun Belarus sərhəddində Rusiya ordusuna qarşı yenidən təşkilatlanmağa başlaması xəbəri qarışdırdı.
Bütün dünya Putin-Priqojin müharibəsinin nəticəsini maraqla izləyərkən, Alman Marşal Fondu mühüm bir iddia ilə çıxış edib. Agentliyin məlumatına görə, Rusiya son hadisəyə qədər ölən hər Vaqnerian üçün onların ailələrinə 5 milyon rubl (60 min dollar) təzminat ödəyirdi. Üstəlik, “qeydiyyatdan kənar verilən bu təzminatlar Rusiya iqtisadiyyatını alt-üst edib”.
Mərkəzi Bankın məlumatına görə, son bir ildə banklarda dövriyyədə olmayan nağd pulun həcmi artıb. Bu, həmçinin Rusiya banklarının sabitliyinə inamın azaldığını göstərə bilər, xüsusən 7,5 faiz səviyyəsində olan faiz dərəcələri artan depozitləri cəlb etməlidir. Artan “kölgə iqtisadiyyatı” Putinin müharibəsini maliyyələşdirmək üçün lazım olan vergi gəlirlərinin həcmini də azaldır.