Qaradağ Rayon Məhkəməsində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Neft Kəmərləri" İdarəsinin "Abşeron Ticarət Mərkəzi" MMC-yə qarşı iddia üzrə məhkəmə iclası başa çatıb.
Kommersant.az-ın əldə etdiyi məlumata görə, hakim Gülnar Aslanovanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, iddia təmin edilib.
Qeyd: SOCAR-ın "Neft Kəmərləri" İdarəsi "Abşeron Ticarət Mərkəzi" MMC-ni məhkəməyə verərək qanunsuz tikilinin sökülməsi barədə tələb irəli sürüb.