Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin sabiq rəisi Azad Cəfərli yeni vəzifəyə təyinat alıb.
Kommersant.az-ın əldə etdiyi məlumata görə, A.Cəfərliyə Kənd Təsərrüfatı Nazirliyinə yüksək vəzifə verilib. O, nazirliyin aparat rəhbəri təyin edilib.
Qeyd edək ki, Azad Cəfərli 3 il Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi işləyib. O, bu ilin mart ayında Prezidentin sərəncamı ilə vəzifəsindən azad edilib.