Budapeşt İsveçin NATO-ya üzvlüyünü yalnız Türkiyənin müvafiq addımından sonra təsdiq edəcək.
Kommersant.az xəbər verir ki, bu sözləri Macarıstanın xarici işlər naziri Peter Siyarto deyib.
“Macarıstan heç bir ölkənin üzvlüyünü gecikdirməyəcək”, - deyən nazir yaxın gələcəkdə “türk həmkarları ilə sıx və daimi təmasda olacağına” söz verib.
Rusiyanın Ukraynadakı xüsusi əməliyyatı fonunda 2022-ci il mayın 18-də İsveç və Finlandiya NATO-nun baş katibi Yens Stoltenberqə ölkələrin alyansa qoşulması üçün ərizələr təqdim edib. Aprelin 4-də Finlandiya rəsmi olaraq NATO-ya üzv oldu. İsveçin alyansa daxil olması prosesi dayandırılıb.