Qoşulmama Hərəkatı dünyada baş verən hadisələri, həll yollarını müzakirə etmək üçün önəmli platformalardan birinə çevrilib.
Kommersant.az xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Hakan Fidan Qoşulmama Hərəkatı Əlaqələndirici Bürosunun Nazirlər İclası zamanı deyib.
“ 2023-cü iil Türkiyə üçün önəmli bir il oldu. Yeni dövrdə Türkiyə dünyanın üzləşdiyi problemlərin həllində daha da aktiv rol oynayacaq”,-deyə o bildirib.
Qeyd edək ki, Bakıda Qoşulmama Hərəkatı Əlaqələndirici Bürosunun Nazirlər İclası keçirilir. İclasda Qoşulmama Hərəkatına üzv ölkələrin təmsilçiləri iştirak edir. Tədbir iyulun 6-dək davam edəcək.
Xatırladaq ki, Azərbaycanın da daxil olduğu 120 üzv dövlət, 18 müşahidəçi və 10 Beynəlxalq Təşkilat Qoşulmama Hərəkatının tarixində mühüm rol oynayıb.