Rusiya lideri Putin ona qarşı qiyam qaldıran muzdlu “Vaqner” təşkilatının lideri Priqojinin ölüm əmrini imzalayıb. Ukrayna Məxfi Xidmətinin məlumatına görə, Putin “Priqojinin öldürülməsi” üçün düyməni basıb. Belarusa sığınan Priqojin gizlincə yoxa çıxıb.
Kommersant.az xəbər verir ki, iddialara görə, Putin Belarusa sığındığı deyilən, lakin sərhəddəki hərbi əməliyyatlardan sonra yoxa çıxan və hazırda harada olduğu bilinməyən Priqojini öldürmək üçün Rusiyanın kəşfiyyat qurumu FSB-yə göstəriş verib.
Potensial sui-qəsd cəhdləri tez olmayacaq. Onlara düzgün yanaşmalar əldə etmək və “öldürmək” mərhələsinə keçmək bir az vaxt aparacaq.