ABŞ-ın maliyyə naziri Janet Yellen ikitərəfli əlaqələr və iqlim dəyişikliyi kimi bir çox mövzunun müzakirə edildiyi Çinə dörd günlük səfərinə başlayıb. Yellen iqlim dəyişikliyi, inkişaf etməkdə olan bazarlar və inkişaf etməkdə olan iqtisadiyyatlarda borc problemləri kimi məsələləri qaldıracaq.
Kommersant.az xəbər verir ki, ABŞ-ın maliyyə naziri Janet Yellen ikitərəfli əlaqələr və iqlim dəyişikliyi kimi bir çox mövzunun müzakirə edildiyi Çinə dörd günlük səfərinə başlayıb.
Yerli Çin mətbuatının yazdığına görə, Yellen ABŞ-ın maliyyə naziri kimi ilk dəfə Çinə səfər edir.
Yellenin dörd günlük səfəri zamanı yüksək səviyyəli Çin rəsmiləri ilə müxtəlif ikitərəfli məsələləri müzakirə edəcəyi gözlənilir.
Yellen həmçinin iqlim dəyişikliyi, inkişaf etməkdə olan bazarlar və inkişaf etməkdə olan iqtisadiyyatlarda borc problemləri kimi məsələləri də qaldıracaq.
ABŞ və Çin arasındakı münasibətlər son illərdə Tayvan, çip ticarəti, Çin casus balonlarının ABŞ ərazisi üzərində uçması iddiaları kimi məsələlərə görə gərginləşib.
Yellenin səfəri ABŞ dövlət katibi Antoni Blinkenin keçən ay Pekinə səfərindən dərhal sonra baş verib.