MSB mənbələri 2019-cu ildən etibarən ödənişli hərbi xidmətə müraciətlərin davamlı olaraq artdığını açıqlayıb.
Kommersant.az xəbər verir ki, Türkiyədə Milli Müdafiə Nazirliyi (MSB) mənbələri ödənişli hərbi xidmətlə bağlı açıqlama verib.
Açıqlamada 2019-cu ildə “müasir, çevik, proqnozlaşdırıla bilən və dayanıqlı yeni hərbi xidmət sistemi”nin tətbiq olunduğu və bu çərçivədə ödənişli hərbi xidmətin daimi xarakter daşıdığı bildirilib. Mənbələr bildirdilər ki, ödənişli hərbi xidmət haqqının artımı dövlət qulluqçusunun əmək haqqı əmsalının artım tempi ilə müəyyən edilib ki, əməkhaqqı ilə bağlı mübahisə olmasın.
Mənbələr sistemin tətbiq olunduğu 2019-cu ildən etibarən ödənişli hərbi xidmətə müraciətin durmadan artdığını vurğulayıb.