İYİ Partiya lideri Akşener, "Ölkəmizdə adı açıqlanmayan BVF proqramı həyata keçirilir. Bütün yükü millətin üzərinə qoyaraq büdcə kəsirini bağlaya bilməzsiniz” dedi.
Kommersant.az xəbər verir ki, Türkiyədə rəsmi Qəzetdə dərc olunan qərarlarla bir çox vergi və xərclər artırıldı. ƏDV dərəcəsi 18%-dən 20%-ə qaldırıldı. Bəzi mal və xidmətlərə tətbiq edilən 8 faizlik ƏDV də 10 faizə yüksəldilib. Xaricdən gətirilən mobil telefonların qeydiyyatı üçün ödəniləcək rüsum 20 min lirəyə qaldırılıb. Sürücülük vəsiqəsi haqqı istisna olmaqla, 492 saylı Rüsumlar Qanununa tabe olan bütün ödənişlər yüzdə 50 artırıldı.
İYİ Partiya sədri Meral Akşener sosial media hesabından verdiyi açıqlama ilə vergi və rüsumların artırılmasına reaksiya verib.
Akşener bu mesajı paylaşıb:
“Ölkəmizdə BVF-nin adı açıqlanmayan proqramı həyata keçirilir. Maaşlar cibə girməmiş yox olur. Bütün yükü millətin üzərinə atmaqla büdcə kəsirini bağlaya bilməzsiniz. Əgər kəmər bərkidiləcəksə, israfçılığı dayandırın və öz kəmərinizi sıxın, baxaq!”