USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

NATO-nun Vilnüs sammitinin bəyanatı dərc olunub

11.07.2023 Siyasət
13 4
NATO-nun Vilnüs sammitinin bəyanatında vurğulanıb ki, terrorizmin bütün forma və təzahürləri ilə mübarizə ümumi müdafiə üçün vacibdir. NATO-nun Vilnüs Zirvəsi Bəyanatında alyansın Rusiya ilə qarşıdurma yaratmaq niyyətində olmadığı bildirilib, "NATO Rusiya üçün təhlükə yaratmır. Onun aqressiv davranışları qarşısında Rusiyanı tərəfdaş kimi görə bilmərik" ifadələrdən istifadə olunurdu.

Kommersant.az xəbər verir ki, Litvanın paytaxtı Vilnüsdə keçirilən NATO Sammitindən sonra dərc edilən bəyanatda Rusiya ilə əlaqələr, terrorla mübarizə və Ukraynanın NATO-ya üzvlüyü müzakirə edilib.

NATO-nun açıq qapı siyasətinə işarə edilən bəyanatda bütün ölkələrin öz təhlükəsizlik tənzimləmələrini seçmək hüququ olduğu bildirilib:

"Biz İsveçi alyansın tamhüquqlu üzvü kimi qarşılamağı səbirsizliklə gözləyirik. Bu kontekstdə NATO-nun baş katibi, Türkiyə prezidenti və İsveçin baş naziri arasında əldə olunan razılaşmanı alqışlayırıq", - deyə bəyanatda deyilir.

Terrorizmi heç bir şərt olmadan rədd edən və ən sərt şəkildə qınayan bəyanatda terrorun bütün forma və təzahürləri ilə mübarizənin ümumi müdafiə üçün vacib olduğu vurğulanır.

"Ukraynanın gələcəyi NATO-dadır"

Vilnüs Sammitinin Bəyanatında 2008-ci il Buxarest Sammitində Ukraynaya verilən NATO-ya üzvlük öhdəliyi də təkrarlanır və əlavə edilir.

NATO-Rusiya münasibətlərinə dair qiymətləndirmələrin də yer aldığı açıqlamada riski minimuma endirmək, gərginliyi azaltmaq və şəffaflığı artırmaq üçün Moskva ilə əlaqə kanallarının açıq saxlanılacağı bildirilib.