USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“3-cü dünya müharibəsi yaxınlaşır”

12.07.2023 Siyasət
8 28
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev NATO sammitində Ukraynaya silah yardımını artırmaq qərarına reaksiya verərək, “Bu, çıxılmaz nöqtədir. Üçüncü Dünya Müharibəsi yaxınlaşır” dedi.

Medvedev yazılı açıqlamasında Litvanın paytaxtı Vilnüsdə keçirilən NATO Liderlər Zirvəsini dəyərləndirib.

NATO sammitində əldə olunan nəticələrin Rusiyanın gözləntiləri daxilində olduğunu deyən Medvedev, Ukraynanın yəqin ki, heç vaxt NATO-ya qəbul olunmayacağını bildirib: “Alyansdakı realistlər məhz bunu ucadan deməkdən çəkinirlər. Bundan əlavə, Kiyev rejiminə silah dəstəyi, raketlər, kaset bombaları və təyyarələr hər cür şəkildə artırılacaq”.

Qərbin “dəli” olduğunu vurğulayan Medvedev, “Dəli olmuş Qərbin ağlına başqa bir şey gəlmir. Onlar axmaqlıq həddinə qədər proqnozlaşdırıla bilənliyin ən yüksək səviyyəsindədirlər. Bu, çıxılmaz döngədir. Üçüncü Dünya Müharibəsi yaxınlaşır” ifadələrdən istifadə edib.

Bu nəticələrin Rusiya üçün mənasının da aydın olduğunu qeyd edən Medvedev, “Xüsusi hərbi əməliyyat eyni məqsədlərlə davam edəcək. Onlardan biri Kiyev nasist qruplaşmasının NATO üzvlüyünün rədd edilməsidir ki, biz bunu əvvəldən israrla qarşılamışıq ki, bu mümkün deyil. Ona görə də bu qrup ləğv edilməli olacaq, bu, mümkün və zəruridir” deyib.