ABŞ prezidenti Co Bayden Türkiyənin İsveçin NATO-da iştirakını dəstəkləməyə davam edəcəyinə və F-16 döyüş təyyarələrini sata biləcəklərinə əmin olduğunu bildirib.
Kommersant.az xəbər verir ki, Bayden Litvada keçirilən NATO Sammitindən sonra Finlandiyaya uçan təyyarəyə minməzdən əvvəl jurnalistlərin suallarını cavablandırıb.
Bayden həmçinin NATO Sammiti çərçivəsində Ukrayna prezidenti Vladimir Zelenski ilə ikitərəfli görüşünün çox yaxşı keçdiyini bildirib.
Ukraynanın NATO-da iştirakına toxunan Bayden, "Müharibə bitənə qədər olmaz. Zelenskinin anladığı bir şey var ki, müttəfiqlər tərəfindən qəbul edilmiş öhdəliklərə malik olduğu müddətcə onun hazırda NATO-da olub-olmamasının heç bir əhəmiyyəti yoxdur" ifadələrindən istifadə edib.