USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Zelenskidən NATO açıqlaması

13.07.2023 Siyasət
27 1
Ukrayna prezidenti Zelenski NATO-nun Vilnüs sammiti ilə bağlı "Müstəqillik əldə etdikdən sonra ilk dəfə NATO yolunda Ukrayna üçün təhlükəsizlik təməli yaratdıq" deyə açıqlama verib.

Ukrayna prezidenti Vladimir Zelenski sosial media hesabında video bəyanatında NATO-nun Vilnüs sammitini dəyərləndirib.

Zirvədən ölkəsi və Ukrayna əsgərləri üçün yaxşı nəticələrlə qayıtdıqlarını ifadə edən Zelenski, “Bu, çox vacibdir. Müstəqillik əldə etdikdən sonra ilk dəfə NATO-ya gedən yolda Ukrayna üçün təhlükəsizlik təməli yaratdıq. Bunlar dünyanın 7 aparıcı demokratik ölkəsi tərəfindən təsdiqlənən maddi təhlükəsizlik zəmanətləridir” ifadəsini işlədib.

Ukraynanın daha əvvəl heç vaxt belə bir təhlükəsizlik təməlinin olmadığını vurğulayan Zelenski, “Bu təməl üzərində biz ən güclü ölkələrlə ikitərəfli təhlükəsizlik razılaşmalarından ibarət yeni və hüquqi öhdəliyi olan bir arxitektura quracağıq” dedi.