USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Deputat: “Əksər müsəlman ölkələri İsraillə əlaqələrini artırmağa çalışır”

13.07.2023 Siyasət
15 0
“Uzun illərdir Azərbaycanla İsrail arasında müdafi sahəsində geniş əməkdaşlıq var. Davamlı olaraq İsraildən silah alırıq. Vətən müharibəsi dövründə də İsrail dövlətinin Azərbaycana verdiyi silahlar qələbənin təmin olunmasında ciddi rol oynadı. Bu baxımdan Qallantın müdafiə naziri kimi ölkəyə ilk rəsmi səfəri əhəmiyyət daşıyır”.

Bunu Demokrat.az-a açıqlamasında Azərbayn-İsrail əlaqələrinin inkişafından danışan Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib.

O deyib ki, bu gün əvvəlki dövrlərdən fərqli olaraq, əksər müsəlman ölkələri İsraillə əlaqələrini gücləndirməyə çalışır:

“Tək hərbi deyil, iqtisadi sferada da bu özünü göstərir. Azərbaycan xarici siyasətində dövlətlərlə münasibətlərini hansısa bir ölkənin maraqlarına görə qurmur. Bu səfər iki ölkənin təhlükəsizliyi, müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsi, strateji əlaqələrin, texnoloji imkanların dərinləşməsinə təsir edəcək”.

Deputatın fikrincə, bir çox sahələri əhatə edən Azərbaycan – İsrail əməkdaşlığı regional təhlükəsizliyin təmin olunmasında da müsbət rol oynayacaq:

“Görürük ki, Ermənistanla İran arasında əməkdaşlıq artmaqdadır. Bir sıra hallarda bu əməkdaşlıq Azərbaycan əleyhinə yönəlir. İran Ermənistanı silahla təmin edir, separatçılara dəstəyini əsirgəmir. Regionda təhlükəsizliyi qorumaq üçün həm region dövlətlərilə, həm də digər güclü dövlətlərlə əlaqələri gücləndirməkdə fayda var. İsrail regionda güc balansınının qorumasında bizim mühüm tərədaşımızdır”.