USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Buna reaksiya verməyin mənası yoxdu” - Elman Nəsirov

13.07.2023 Siyasət
1 0
“Türkiyə demokratik dövlətdi, cəmiyyət çox şaxəlidi, geniş palitrası var. Orda ermənilər də, kürdlər də yaşayır. İndi kimlərsə nəsə yaza bilər, bizim ona xüsusi münasibət bildirməyimiz məsələni daha da şişirdib, böyüdə bilər. Biz daha ciddi, dövlət səviyyəsində olan mənbələrə istinad etməliyik”.

Kommersant.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Elman Nəsirov türk ”Youtube” kanallarından birində Azərbaycan hakimyyəti haqqında çəkilən videoya münasibət bildirərkən deyib.

Elmar Nəsirov bildirib ki, buna reaksiya verməyin mənası yoxdu:

“Ayrı-ayrı adamlar “Youtube” kanallarında ağızlarına gələni danışacaq, buna heç reaksiya verməyin mənası yoxdur.
Türkiyə 80 milyonluq ölkədir, o videoya 60 min baxışın olması dəryada bir damladır. Qoy onlar da fərqli düşünüb, fərqli yanaşsın.

Mənə elə gəlir ki, biz bu məsələni xüsusi qabardanda həmin o baxış sayı 60 min yox, 120 minə çata bilər”.