USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Tahir Kərimli: “Ədliyyə Nazirliyi yoxlamalıdır ki, görsün patiyaların üzvləri həqiqidir, ya yox…”

14.07.2023 Siyasət
0 1
“Vəhdət Partiyası olaraq 12 minə yaxın üzvlə bağlı Ədliyyə Nazirliyinə sənədlərimizi təqdim etmişik. Əlbəttə, çalışdıq, daha çox verək ki, üzvlərimizin sayı 5 minlik həddən yuxarı olsun. Bilmirik ki, yoxlanışlar hansı qaydada gedir, seçmə üsulu ilədir, yoxsa necə. Ədliyyə Nazirliyini qınamaq olmaz. Axı Nazirlik yoxlamalıdır ki, görsün patiyalara üzv olanlar həqiqi üzvlərdir, ya yox. Buna görə siyasi partiyaların hamısına eyni cür yanaşılır. Məndə olan məlumatlara əsasən, bütün partiyaların üzvlərinə soğru şəklində müraciətlər edirlər, yoxlayırlar. Ədliyyə Nazirliyinin əlində başqa imkan yoxdur, hansı şəkildə yoxlasın?”

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı, Vəhdət Partiyasının sədri Tahir Kərimli deyib.

Deputat bildirib ki, Ədliyyə Nazirliyinə təqdim olunan sənədlərdə partiya üzvlərinin əlaqə telefonlarının qeyd edilməsi birbaşa qanunda göstərilib: “Bir nəfər bir neçə partiyanın üzvü də ola, yaxud adı özündən xəbərsiz hansısa partiyanın siyahısına daxil edilə bilər. Belə hallar olur. Buna görə də Ədliyyə Nazirliyi tərəfindən aparılan yoxlama prosesləri normal hesab olunmalıdır. Mən başqa üsul bilmirəm, daha hansı yolla yoxlaya bilərlər? Üzvlük fərdi xarakter daşıyır, buna görə də fərdin özündən soruşmalıdırlar, hansısa dövlət orqanından yox. 1998-ci ildə Vəhdət Partiyası qeydiyyata alınanda da bizdə yerlərdə ciddi yoxlamalar aparıldı. Üzvləri sorğuladılar. Bunu tam real hesab edirəm”.