Rusiya prezidenti Putin Təhlükəsizlik Şurasını təcili iclasa çağıraraq, "Bu gün gündəmimizdə bir neçə məsələ var. Birincisi, kritik obyektlərin qorunması üçün əlavə tədbirlərdir" deyib.
Kommersant.az xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin ölkədə kritik obyektlərin mühafizəsi ilə bağlı təcili olaraq Təhlükəsizlik Şurasını çağırıb.
Putin onlayn olaraq keçirdiyi şura iclasının əvvəlində etdiyi çıxışında “Bu gün gündəliyimizdə bir neçə məsələ var. Birincisi, kritik obyektlərin qorunması üçün əlavə tədbirlərdir" ifadələrdən istifadə edib.
Rusiya lideri Putin bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) direktoru Aleksandr Bortnikovdan məlumat alıb.