USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Avstraliya yenidən kiber hücuma məruz qalıb

14.07.2023 Siyasət
0 0
Rusiyanın ALPHV/Blackcat haker qrupu Avstraliya hökumətinin həssas məlumatlarını oğurlayaraq "qaranlıq internet"də dərc olunub. Aprelin əvvəlində haker qrupu tərəfindən həyata keçirilən kiberhücum nəticəsində Daxili İşlər Nazirliyi, Avstraliya Vergilər İdarəsi, Müdafiə Nazirliyi və Avstraliya Federal Polisi də daxil olmaqla ən azı 40 dövlət qurumu zərər çəkib.

Viktoriya ştatının informasiya təhlükəsizliyi üzrə məsul işçisi Devid Kallen verdiyi açıqlamada, ALPHV/Blackcat haker qrupunun “HWL Ebsworth” kommersiya hüquq firmasının məlumat bazasına kiberhücumdan sonra “qaranlıq internet”də əldə etdiyi məlumatları dərc etdiyini təsdiqləyib.

Kallen, açıqlanan məlumatların dövlət qurumlarına aid həssas məlumatları da ehtiva etdiyini bildirib. Məsələyə çox ciddi yanaşdıqlarını dilə gətirən Kallen, hadisə ilə bağlı Britaniya Birliyi ilə də əməkdaşlıq etdiklərini vurğuladı.