USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Peru öz ölkəsindəki Türk sərmayələrini artıracaq

17.07.2023 Siyasət
0 0
Perunun Ankaradakı səfiri Cesar De las Casas, Perudakı Türk şirkətlərinə investisiyalarını artırmağa çalışdıqlarını ifadə edib. O bildirib ki, THY-nin Peruya birbaşa uçuşlara başlaması üçün razılaşma üzərində işləyirlər: “Peru və Türkiyə sivilizasiyaların beşiyidir. Bizim çox qədim tariximiz var".

Kommersant.az xəbər verir ki, əldə etməyə çalışdığımız məqsədlərdən biri ticarət balansımızı yaxşılaşdırmaqdır. Peruda qəhvə, kakao, quinoa, kiviça, çia toxumu, qaragilə, qulançar və avokado kimi kənd təsərrüfatı məhsullarının ixracı arta bilər. Türk şirkətlərinin Peruya sərmayə qoymasını alqışlayırıq. Türk şirkətlərinin Peruda varlığını, xarici investisiyaları, türk sərmayələrini artırmağa çalışırıq.