USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Rusiya: Krım körpüsünə 2 pilotsuz dəniz aparatı ilə hücum edib

17.07.2023 Siyasət
0 0
Rusiyadan verilən açıqlamada, "Ukrayna 2 pilotsuz dəniz aparatı ilə Krım körpüsünə "terror hücumu" həyata keçirib" deyilir.

Rusiyanın Milli Terrorla Mübarizə Komitəsi Krım körpüsünə Ukrayna qüvvələri tərəfindən pilotsuz dəniz maşınları ilə hücum edildiyini və bunun “terror hücumu” olduğunu açıqlayıb.

Komitədən verilən yazılı açıqlamada Krım körpüsünə hücumun səhər saatlarında baş verdiyi bildirilib.

Açıqlamada hücumun Ukrayna xüsusi xidmət qüvvələri tərəfindən həyata keçirildiyi, hücum üçün 2 pilotsuz dəniz maşınının istifadə edildiyi bildirilib.

Açıqlamada hücumun "terror hücumu" olaraq qiymətləndirilir və hadisə ilə bağlı araşdırmalara başlanıldığı vurğulanıb.

2 nəfərin həyatını itirdiyi, bir uşağın yaralandığı bildirilən açıqlamada hücum nəticəsində körpünün magistral hissəsinin zədələndiyi bildirilib.