Körfəz turu öncəsi mətbuat konfransı keçirən prezident Ərdoğan taxıl dəhlizi razılaşması ilə bağlı “Bu gün verilən açıqlamaya baxmayaraq, Rusiya prezidenti Putinin bu humanitar körpünün davam etməsini istədiyinə inanıram” deyib.
Kommersant.az xəbər verir ki, prezident Rəcəb Tayyib Ərdoğan Körfəz turu çərçivəsində Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirliklərini ziyarət edəcək.
Ərdoğan Körfəz turunun ilk dayanacağı olan Səudiyyə Ərəbistanına yola düşməzdən əvvəl Atatürk Hava Limanında mətbuat konfransı keçirib.
"İslam dünyasındakı böhranlar Türkiyə ilə Körfəz ölkələri arasında sıx məsləhətləşmələr və əməkdaşlıq tələb edir", - deyə Ərdoğan bildirib.
Suriya ilə normallaşma ilə bağlı suala Ərdoğan, "Hal-hazırda Suriyada Əsəd Türkiyənin Şimali Suriyanı tərk etməsini istəyir. Bu, ola bilməz. Biz orada terrorla mübarizə aparırıq" cavabını verdi.