USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

ABŞ və Şimali Koreya arasında girov krizi

18.07.2023 Siyasət
0 0
ABŞ-ın müdafiə naziri Lloyd Austin ABŞ əsgərinin “bilərək və icazəsiz” Şimali Koreya sərhədini keçdiyini təsdiqləyib.

Kommersant.az xəbər verir ki, Ostin Birləşmiş Qərargah Rəislərinin Qərargah rəisi, general Mark Milley ilə Pentaqonda jurnalistlərə danışıb.

Birləşmiş Millətlər Təşkilatının Cənubi Koreyadakı Komandanlığı (UNC) tərəfindən Cənubi Koreya ilə Şimali Koreya arasındakı faktiki sərhəddə yerləşən Panmunjom kəndinə səfər zamanı ABŞ əsgərinin icazəsiz sərhədi keçdiyini təsdiqləyən Austin, hadisənin yeni baş verdiyini söyləyib:

"Ancaq bildiyimiz odur ki, əsgərlərimizdən biri könüllü və icazəsiz sərhəd xəttini keçib və onun hazırda Şimali Koreyada həbsdə olduğuna inanırıq. Biz vəziyyəti diqqətlə izləyir və araşdırırıq", - deyə o bildirib.

Hadisə ilə bağlı təfərrüatları öyrəndikcə çatdıracaqlarını ifadə edən Austin, "Ordumuzun rifahı üçün qətiliklə çox narahatam" dedi.