USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Əhəd Abıyevi o əvəz etdi

19.07.2023 Siyasət
0 0
Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı səlahiyyətləri başçının müavini Vüqar Xanlar oğlu Məmmədova həvalə olunub.

Məlumata görə, üç il öncə başçının müavini təyin olunan V.Məmmədov, həmçinin, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsində çalışır.

Xatırladaq ki, 2 gün öncə Prezident İlham Əliyevin sərəncamı ilə Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev tutduğu vəzifədən azad olunub. O, 2011-ci ilin fevralından bu vəzifədə çalışıb./Report