USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

ABŞ Vyetnamla münasibətləri yaxşılaşdırmaq istəyir

20.07.2023 Siyasət
28 12
ABŞ-ın maliyyə naziri Janet Yellen ölkəsinin Vyetnamla iqtisadi və təhlükəsizlik əlaqələrinin yaxşılaşdırılmasını gələcək illərdə “prioritet” olaraq gördüyünü deyib.

ABŞ-ın maliyyə naziri Janet Yellen ölkəsinin Vyetnamla iqtisadi və təhlükəsizlik əlaqələrinin yaxşılaşdırılmasını gələcək illərdə “prioritet” olaraq gördüyünü deyib.

Hindistandan sonra yolunu Vyetnama çevirən Yellen Vyetnamın baş naziri Pham Minh Chinh ilə görüşüb.

ABŞ Maliyyə Nazirliyinin bəyanatına görə, Yellen Birləşmiş Ştatların Vyetnamı “azad və açıq” Hind-Sakit okeanın qurulmasında “vacib tərəfdaş” kimi gördüyünü deyib.

Keçən il iki ölkə arasında ticarətin rekord səviyyəyə çatdığını və ABŞ-ın Vyetnamın ən böyük ixrac bazarı olduğunu bildirən Yellen, ABŞ hökumətinin Vyetnamla iqtisadi və təhlükəsizlik əlaqələrinin önümüzdəki illərdə dərinləşməsinə “prioritet verdiyini” vurğulayıb.

Yellen Çinə Hind-Sakit Okean səfəri çərçivəsində iyulun 16-da G20-nin Xəzinə və Maliyyə Nazirləri Toplantısında iştirak etmək üçün Hindistanın Qucarat şəhərinə gedib.