USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Qətərdən İsveçə etiraz notası

21.07.2023 Siyasət
26 19
İsveçin Dohadakı səfiri Bhattacharyya etiraz notası vermək üçün Xarici İşlər Nazirliyinə çağırılıb.

Qətər Stokholmda Qurani-Kərimə hücum icazəsinə cavab olaraq İsveçə etiraz notası verib.

Qətər Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamaya görə, İsveçin Dohadakı səfiri Gautam Bhattacharyya, Qurana və İslamın müqəddəs yerlərinə hücumların davam etməsindən sonra etiraz notası vermək üçün Xarici İşlər Nazirliyinə çağırılıb.

Bildirilib ki, etiraz notasında “İsveç hakimiyyətinin bu biabırçı əməlləri dayandırmaq üçün lazımi addımları atması” tələbi yer alıb.

Xarici İşlər Nazirliyinin açıqlamasında İsveçdə Qurani-Kərimə təkrar hücumu və səlahiyyətlilərin bunun qarşısını almaq üçün heç bir addım atmamasını qətiyyətlə pislədiyi bildirilib.

Sözügedən hücumun nifrət və dini ayrı-seçkilik mənasına gəldiyi, İslam ölkələrinin reaksiyalarına və Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Hüquqları Şurasının iyulun 12-də qəbul etdiyi qətnamə ilə dini nifrət aktlarının pislənməsinə baxmayaraq, sözügedən hücumun hələ də yaşandığı vurğulanıb.

Bəyanatda həmçinin vurğulanıb ki, Qurana qarşı “ifadə azadlığı” adı altında hücumlara icazə verilməsi nifrəti alovlandırır və dinc yanaşı yaşama mədəniyyətini təhdid edir.