Birləşmiş Millətlər Təşkilatı (BMT) Rusiyanın Qara Dəniz Taxıl Dəhlizi Müqaviləsini ləğv etmək qərarının qlobal ərzaq qiymətlərinə və inkişaf etməkdə olan ölkələrə geniş təsir göstərəcəyi barədə xəbərdarlıq edərək Moskvanı razılaşmaya qayıtmağa çağırıb.
Rusiyanın taxıl sazişini ləğv etmək qərarının təsirləri BMT Təhlükəsizlik Şurasında müzakirə edilib. Rusiyanın razılaşmaya qayıtmasının vacibliyini vurğulayan bir çox üzv dövlət də sıx səylərinə görə Türkiyə və BMT-yə təşəkkür edib.
“Qara dənizdə mülki gəmilərə qarşı təhdidlər qəbuledilməzdir”
Burada çıxış edən BMT baş katibinin siyasi və sülh quruculuğu üzrə köməkçisi Rosemary DiCarlo Rusiyanın qərarından sonra qlobal ərzaq qiymətlərinin artmağa başladığına diqqət çəkib.
DiCarlo qeyd edib ki, bu, ən həssas cəmiyyətlərə təsir edən mövcud kənd təsərrüfatı, enerji və maliyyə böhranlarını daha da gücləndirir.
Rusiyanın Ukraynadakı limanlara hücumunun qida təhlükəsizliyinə əlavə zərbə vurduğuna diqqət çəkən DiKarlo, hücumların mülki vətəndaşların da itkisinə səbəb olduğunu bildirib.
"Qara dənizdə mülki gəmilərin hədəfə alına biləcəyi ilə bağlı təhdidlər qəbuledilməzdir", - deyə DiCarlo bildirib.