NATO-Ukrayna Şurası Qara dənizdən Ukrayna taxılının daşınması məsələsini həll etmək üçün Ukrayna prezidenti Vladimir Zelenskinin çağırışı ilə toplanacaq.
Kommersant.az xəbər verir ki, Litvanın paytaxtı Vilnüsdə keçirilən NATO Sammitində yaradılan və sammit çərçivəsində ilk iclasını keçirən NATO-Ukrayna Şurası ikinci dəfə toplaşacaq.
NATO-nun sözçüsü Oana Lunqesku bildirib ki, NATO-nun baş katibi Yens Stoltenberq, Ukrayna prezidenti Zelenski dünən danışıb və Rusiyanın Qara dəniz taxıl sazişindən birtərəfli qaydada çıxmasını müzakirə ediblər.
Bildirilib ki, Şura Ukraynanın Qara dənizdən istehsal etdiyi taxılın dünya bazarlarına daşınması ilə məşğul olacaq.
Rusiyanın Ukraynaya hücumunun qlobal ərzaq qiymətlərinə təsirini azaltmaq üçün BMT, Rusiya, Türkiyə və Ukrayna 22 iyul 2022-ci il tarixində İstanbulda keçirilən mərasimlə Qara Dəniz Taxıl Dəhlizi Sazişini imzalayıb.