Xəbər verdiyimiz kimi, iyulun 23-də saxlanılan Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu ilkin olaraq Cinayət Məcəlləsinin 204.1-ci (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunub. Hazırda iş üzrə müvafiq istintaq hərəkətləri həyata keçirilir.
Kommersant.az xəbər verir ki, maddəyə əsasən, beş ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur.