USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Ukrayna Moskvaya hücum edib" - RUSİYA

24.07.2023 Siyasət
66 14
Moskva və Krımda PUA-larla hücumların edildiyi bildirilib və Krımda bir İHA-nın sursat anbarına dəydiyi qeyd edilib.

Kommersant.az xəbər verir ki, Ukraynanın Rusiyanın paytaxtı Moskvada iki pilotsuz uçuş aparatı (PUA) ilə hücum təşkil etdiyi, ölən və yaralananların olmadığı bildirilib.

Moskva meri Sergey Sobyanin bildirib ki, saat 04:00 radələrində iki pilotsuz təyyarə Moskvaya hücum edib.

Pilotsuz təyyarələrin iki boş binaya dəydiyini qeyd edən Sobyanin, hücumlar nəticəsində ölən və yaralanan olmadığı barədə məlumatı paylaşıb.

Rusiya Müdafiə Nazirliyindən verilən yazılı açıqlamada İHA hücumlarının Ukrayna tərəfindən həyata keçirildiyi bildirilib, “Kiyev rejiminin qarşısı alınan terror hücumunda can itkisi olmayıb” bəyanat daxil edilmişdir.