USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Rusiya yeni sanksiyaların qarşında dayana bilməyəcəyinin fərqindədir” - Taleh Əliyev

24.07.2023 Siyasət
64 47
“Rusiya fərqindədir ki, taxıl sazişindən çıxmasının müqabilində beynəlxalq təzyiqlər qarşısında duruş gətirə bilməyəcək. Ona görə də öz alternativlərini təklif edir”.

Kommersant.az xəbər verir ki, bu fikirləri politoloq Taleh Əliyev Rusiyanın taxıl sazişi ilə bağlı təklif etdiyi yeni alternativ variantları və təklifdə Xəzər dənizi vasitəsi ilə taxılın təklif edilməsini şərh edərkən deyib.

Politoloq bildirib ki, Azərbaycan Ukrayna və taxıl sazişində əsas rol alan Türkiyə üçün yeni konfiqurasiyanın içərisində qane edici tərəfdir, amma Ukraynanın bu prosesə razılıq verməsi də çox önəmlidir:

“Çünki Rusiya ola bilsin ki, öz taxıl məhsullarının bu marşrutla daşınmasına eyham vurur. Rusiya ilə Ukrayna arasında iqtisadi əlaqələr kəsilmiş vəziyyətdədi. Bu daşınma ilə bağlı suallar var. Məsələn, Ukrayna taxılı Poti və ya Baumi istiqamətinə daşınıb, ordan Azərbaycan üzərindən keçəcəkmi, yoxsa Volqa- Don kanalından istifadə etməklə Xəzər dənizindən keçəcəkmi və s..

Bu açıqlama yeni olduğuna görə, tam detallı məlumatımız yoxdur. Ona görə də kəsin fikir söyləmək doğru deyil. Amma bu alternativ variantlarda biridir”.

Taleh Əliyev deyir ki, Rusiyanın da belə alternativə can atması da onu göstərir ki, Rusiya uzun müddət taxıl sazişindən kənarda qala bilməyəcəyinin fərqindədir:

“Bu onun üzərinə əlavə basqılar gətirəcək. Ona görə də alternativlər gətirməklə özünün daha çox sanksiyalardan yayınmağını istəyir. Xüsusi ilə Qərb, BMT formaında olan digər dövlətləri Rusiyanın maraqlarını nəzərə alaraq, taxıl sazişinin yenilənməsini istəyir. Verilən mesajın məğzi bundan ibarətdir”.

Qeyd edək ki, Rusiya Milli Tədqiqat Universitetinin Ali İqtisadiyyat Məktəbinin professoru Andrey Baklanov Rusiyanın taxıl ixracını “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinə doğru istiqamətləndirməsini təklif edib. Bu təkliflə o, RİA Novosti-yə açıqlamasında çıxış edib. Ekspert hesab edir ki, bu baxımdan perspektivli sahələrdən biri “Şimal-Cənub” nəqliyyat dəhlizi ola bilər.