Həftə sonu Rusiyanın Odessa şəhərinə raket hücumu nəticəsində YUNESKO-nun Dünya İrs Siyahısına daxil olan Odessanın tarixi mərkəzindəki binalara da ciddi ziyan dəyib. YUNESKO-nun himayəsində olan və dağıdılmış tikililərdə dağıntıların təmizlənməsi işləri davam etdirilir.
Həftə sonu Rusiyanın Odessa şəhərinə raket hücumu nəticəsində YUNESKO-nun Dünya İrs Siyahısına daxil olan Odessanın tarixi mərkəzindəki binalara da ciddi ziyan dəyib.
Birləşmiş Millətlər Təşkilatı (BMT) tərəfindən də qınanılan hücum nəticəsində zərər görən Elm Evi və ona bağlı strukturlardakı dağıntıların çıxarılması üçün üç gündür araşdırmalar davam edir.
Bölgədəki AA qrupu buradakı dağıntıların çıxarılması prosesini izləyib və strukturların vəziyyəti ilə bağlı səlahiyyətlilərdən məlumat alıb.