İranın neft naziri Cavad Ovci İran və Küveyt arasında illərdir münaqişəyə səbəb olan Fars körfəzindəki Aras qaz yatağına dair hüquqlarının pozulmasına dözməyəcəklərini bəyan edib.
İranın rəsmi agentliyi İRNA-nın məlumatına görə, Ovci paytaxt Tehrandakı Aras qaz yatağı ilə bağlı açıqlama verib. Ovci ortaq qaz sahəsindəki problemlərlə bağlı verdiyi açıqlamada, "İran həmişə qonşuları ilə sərhəd və dəniz məsələlərinin sülh yolu ilə həllini dəstəkləyir" deyib.
Ortaq neft və qaz yataqlarının istismarında hər zaman danışıqlar və qarşılıqlı anlaşma yolunu tutduqlarını ifadə edən Ovci ölkəsinin Araz qaz yatağında birgə hərəkət etmək istədiyini bildirib.
İranın Araz qaz yatağı ilə bağlı hüquq və mənafelərinin davamçısı olduğunu vurğulayan Ovci, “Əgər qarşılıqlı anlaşma və əməkdaşlıq istəyi olmasa, İran öz proqramına sözügedən mənbələrin işlədilməsi və tədqiqini daxil edəcək”, deyib.